22 iyun 2015 16:40
Zaur Svanadze: İlk matçın səfərdə keçirilməsi yaxşıdır
"İnter"in baş məşqçisi Zaur Svanadze Avropa Liqasının birinci təsnifat mərhələsində Albaniya "Laçi"sinə rəqib olmalarından danışıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Çətin olacaq. Bu rəqibi xüsusi tanımıram. Amma ilk oyunadək mümkün qədər çox məlumat toplamağa çalışacağıq. İlk matçımızı səfərdə keçirməyimiz yaxşıdır. Hər iki komandanın şansının bərabər olduğunu düşünürəm. Əsas odur ki, ilk oyunadək tam hazır olaq".
