22 iyun 2015 16:15
Rudarın prezidenti: Yaxşı büdcə hər zaman qalib gəlmir
Çernoqoriyanın "Rudar" klubunun prezidenti Boyan Tanyeviç Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində Azərbaycan çempionu "Qarabağ"a rəqib olmalarından danışıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Yaxşı büdcə həmişə qələbə qazanmır. "Rudar"ın prezidenti olmasaydım, "Qarabağ"ın favorit olduğunu deyərdim. Amma mən indi şansların bərabər olduğunu deməliyəm".
