22 iyun 2015 16:00
Tahir Gözəl: Azərbaycan xalqını sevindirəcəyimizə inanıram
"Qarabağ"ın vitse-prezidenti Tahir Gözəl UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsindəki rəqibləri olan Çernoqoriya "Rudar"ı ilə bağlı fikirlərini açıqlayıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"İlk oyunumuzu Bakıda keçirəcəyimiz üçün şadam. Əminəm ki, bizi anşlaq gözləyir. Bizə ciddi rəqib düşüb. Amma mən Azərbaycan xalqını sevindirəcəyimizə inanıram".
