22 iyun 2015 14:00
Əmrah Çəlikəl: Astana ilə oynamağa hazırıq
"Qarabağ"ın icraçı direktoru Əmrah Çəlikəl UEFA Çempionlar Liqasının püşkatması ilə bağlı fikirlərini açıqlayıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Hansı rəqiblə düşməyimiz bizim üçün çox da önəmli deyil. Bizim öz hədəflərimiz var, özü də kifayət qədər yüksək. Son beş potensial rəqibimiz arasında "Astana" ən güclüsü hesab olunur. Amma biz onlarla da oynamağa hazırıq".
