22 iyun 2015 13:45

Rauf Əliyev: Sərfəli təklif alan kimi, İnterdən gedəcəyəm

"İnter"in yeni transferi Rauf Əliyevin azerisport.az saytına müsahibəsi

- Sizin hansısa xarici klublardan birinə keçəcəyinizi gözləyirdik. Amma "İnter"lə müqavilə bağladınız...
- Altı aylıq müqavilə bağladım. "İnter"ə Avropa Liqasında görə keçdim. Komandaya bu turnirdə kömək etməyə çalışacağam. Amma belə razılığa gəlmişik ki, hansısa klubdan sərfəli təklif alsam, "İnter"i problemsiz tərk edə biləcəyəm.

- Altı ay sonra, ya indi?
- İndi. Təklif gəlsə, istənilən vaxt klubdan ayrılmağım mümkündür.

- Deməli, siz komandaya ancaq Avroliqada kömək edəcəksiniz?
- Vaxt keçir, mənimlə maraqlanan digər klublar isə konkret təklif irəli sürmürdülər. Avropa Liqası da başlamaq üzrədir, "İnter" artıq bu turnirə hazırlaşır. Ona görə də bu kluba keçməyə qərar verdim.

- Maliyyə şərtləri necədir?
- Mən "İnter"ə yalnız kömək etmək üçün gəlmişəm. Çünki oynamaq istəyirəm. Mənim üçün əsas olan budur.

- Sizin "Kəpəz", "Zirə" və "Qəbələ" ilə də danışıq apardığınız bildirilirdi. "İnter"dən başqa hansısa yerli klub sizə təklif göndərmişdi?
- Bəli, təkliflər var idi. Amma "İnter" mənə daha yaxın olduğu üçün bu klubu seçdim.

- Zaur Svanadze ilə görüşünüz olub?
- Elə də çox söhbət etməyə imkanımız olmayıb. Sadəcə, görüşdük, danışdıq, o, mənə uğur arzuladı.

- "İnter"də hazırda iki taran tipli hücumçu var - siz və Yuri Fomenko. Siz birgə çıxış edəcəksiniz, ya daha hazırlıq olan meydana çıxacaq?
- Düzünü deyim ki, bunu bilmirəm. Bu barədə qərarı baş məşqçi verəcək.

- "İnter"dən hansı nəticəni gözləmək olar?
- Fikrimcə, indiki vəziyyətdə klub rəhbərliyi Avropa Liqasında çox böyük iddia nümayiş etdirməyəcək. Klubdakı durum hər kəsə bəllidir.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.