Qarabağın 5 potensial rəqibi bəlli oldu
Bu gün İsveçrənin Nyon şəhərində UEFA Çempionlar Liqasının ilkin təsnifat mərhələlərinin püşkü atılacaq. Azerisport.az xəbər verir ki, Azərbaycanı bu mövsüm qitənin ən nüfuzlu klub turnirində təmsil edəcək "Qarabağ" da rəqibini tanıyacaq.
Azərbaycan çempionu mübarizəyə ikinci təsnifat mərhələsindən start verəcək. Komandamız püşk zamanı səpələnmişlər səbətində yer alacaq. Bu üzdən Ağdam klubunun ilk rəqibi komandanın dişinə görə sayıla bilər.
Artıq UEFA iştirakçı komandaları reytinqlərinə uyğun qruplara da ayırıb. Ağdam klubu aşağıdakı beş komandadan biri ilə qarşılaşa bilər:
"Sarayevo" (Bosniya və Herseqovina),
"Astana" (Qazaxıstan),
"Rudar" (Çernoqoriya),
"Vardar" (Makedoniya),
"Hibernians" (Malta).
Qeyd edək ki, ikinci təsnifat mərhələsinin oyunları 14/15 və 21/22 iyul tarixlərində keçiriləcək.
