22 iyun 2015 12:15

Vaqif Cavadov: XL ilə iki illik müqavilə bağlamağım düzgün informasiya deyil

"Xəzər Lənkəran"ın yeni transferi Vaqif Cavadovun azerisport.az saytına müsahibəsi

- "Xəzər Lənkəran"a keçidiniz necə alındı?
- Hər şey çox gözlənilməz alındı. Amma bu klubdan dəvət almaq xoş oldu. Onlar mənimlə çoxdan maraqlanırdılar. Lakin hər dəfə razılığa gələ bilmirdik. Bu dəfə isə alındı. Hamı da razı qaldı.

- Əvvəllər XL daha böyük büdcəyə malik idi. Əgər əvvəllər sizi razı sala bilmirdilərsə, indi necə razı saldılar?
- Deməzdim ki, indi onların büdcələri aşağıdır. Hamı "Xəzər Lənkəran"ın nəyə qadir olduğunu yaxşı bilir. Bu baxımdan problem olmadı.

- İki illik müqavilə imzalamısınız və az müddət deyil. Lənkəranda möhkəmlənməyi düşünürsünüz?
- Bu, düzgün informasiya deyil. Mən bir illik müqavilə imzalamışam.

- Yeni klubunuzdan növbəti mövsümdə nə gözləyə bilərik?
- Klubun həyata keçirdiyi transferlər çox şeydən xəbər verir. Şübhəsiz ki, iddialı olacağıq. XL həmişə çempionluğa oynayıb. Düşünmürəm ki, yeni mövsümdə qarşımıza başqa bir hədəf qoyulsun. Biz yaxşı heyətlə Premyer Liqanın digər favoritlərinə qarşı layiqli müqavimət göstərə biləcəyik.

- Başqa variantlar var idi?
- Düzünü desəm, olsa da, konkret təklif deyildi.

- "Boluspor"da niyə möhkəmlənə bilmədiniz?
- Heç kim heç nə başa düşmədi. Məni bu komandaya baş məşqçi özü gətirmişdi, amma mənə şans vermədi. Buna baxmayaraq, klub rəhbərliyi mənə yeni müqavilə təklif etmişdi. Bunu hətta klubun özündən də dəqiqləşdirə bilərsiniz. Klub rəhbərliyi məndən razı qalmışdı.

- Bəs niyə qalmadınız?
- Vətənə qayıtmağımı şərtləndirən səbəblər var idi.

- Bəlkə siz vətənə qayıtmaqla həm də sizi yığmanın son oyunlarına çağırmayan Robert Prosineçkinin gözü önündə olmağa hədəfləmisiniz?
- Xeyr, bu, mənim qayıtmağımın əsas səbəbi deyil. Bu, ilə məsələləri ilə bağlıdır. Amma şübhəsiz ki, vətənə qayıtmaqla Prosineçkinin də gözü önündə olacağam.

- Yığmadan kənarda qalmaq üzücü olmadı?
- Normal qəbul etdim. Onadək problemlərim var idi, ona görə çağırılmadım. Oynasam, yenə dəvət alacağam.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.