22 iyun 2015 12:00
Adrian Ropotan: Qəbələdə hər şey yaxşı idi
"Qəbələ"nin sabiq futbolçusu Adrian Ropotan Azərbaycandakı karyerası ilə bağlı danışıb. Azerisport.az xəbər verir ki, o, Rumıniya mətbuatına açıqlamasında bunları söyləyib:
"Qəbələ" ilə əməkdaşlığı davam etdirmək istəmədik və klubu tərk etdim. 2009-cu ildən xaricdə çıxış edirdim. Həm Rusiya, həm də Azərbaycandakı klub karyeramda hər şey yaxşı gedirdi. İndi də təkliflər var. Amma mümkündür ki, Rumıniyaya qayıdım".
