22 iyun 2015 11:30
XL iki futbolçu ilə müqavilə imzaladı
"Xəzər Lənkəran"ın yetirmələri və Azərbaycanın U-21 milli komandasının üzvləri Elnur Cəfərovla İlyas Səfərzadə klubla yeni sözləşmələrə imza atıblar. Azerisport.az xəbər verir ki, hər iki futbolçu ilə bağlanmış yeni müqavilələrin müddəti 3 ildir.
"Xəzər Lənkəran" Futbol Klubu hər iki futbolçuya növbəti mövsümlərdə daha uğurlu çıxış etməklə əsas komandanın heyətində möhkəmlənməyi və uğurlarında pay sahibi olmağı arzulayıb.
