22 iyun 2015 00:05
Qarabağın yeni legioneri ilk məşqə çıxdı
"Qarabağ" Avstriyada təlim-məşq toplanışını davam etdirir. Azerisport.az xəbər verir ki, Kössen qəsəbəsində məskunlaşan komandanın ötən gün baş tutan çalışması yerli vaxtla 19:00-da (Azərbaycan vaxtıyla 22:00) baş tutub.
Daha öncədən qeyd etdiyimiz kimi hazırda Avsriya-Almaniya sərhədində yağışlı hava şəraiti hökm sürür. Belədə komanda səhər yenə də fitnes zalında məşqlə kifayətlənib.
Bu arada legionerlər də düşərgəyə qoşulmaqda davam edir. Riçard Almeyda və Reynaldonun ardından ötən gün bu yayın ilk əcnəbi transferi Alharbi Jadeyui də səhər saatlarından komandanın düşərgəsinə qoşulub.
Elə axşam çalışmasında Əlcəzair əsilli fransız da iştirak edib. 90 dəqiqəyə yaxın davam edən çalışma daha çox fiziki yüklənməyə əsaslanıb.















