21 iyun 2015 20:30
Rauf Əliyev: İnterə Avropa Liqasına görə keçdim
"İnter"in yeni transferi Rauf Əliyev paytaxt klubuna keçidindən danışıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Yarım illik müqavilə imzaladım. "İnter"ə Avropa Liqasına görə keçdim. Ümid edirəm ki, komandaya bu turnirdə kömək edə biləcəyəm. Amma belə razılaşmışıq ki, başqa klublardan yaxşı təklif alsam, keçidimə problem yaradılmayacaq".
