21 iyun 2015 18:50

Kamal Qurbanov: Neftçinin əsas heyətində möhkəmlənməyə çalışacağam

Avstriyada hazırlığını davam etdirən "Neftçi" PFK-nın gənc futbolçusu Kamal Qurbanov klubun rəsmi saytına müsahibə verib. Azerisport.az sizi həmin müsahibə ilə tanış edir.

- Kamal "Neftçi"nin əsas heyətində ilk dəfə təlim-məşq toplanışına qatılmısan. Fikirlərin maraqlı olardı.
- Son bir ildə "Neftçi"nin əvəzedici heyətində oynayırdım. Məşqçilər heyəti mənə inandı və əsas heyətlə təlim-məşq toplanışına qatıldım. Burada hazırlıq keçmək üçün hər bir şərait var. Çalışıram ki, əsas heyətdə möhkəmlənim.

- Macarıstanın MTK klubuna qarşı yoxlama oyununda ilk dəfə meydana çıxdın.
- Yoxlama oyunları bizim üçün çox vacibdir. Çatışmayan cəhətlərimizi görürük, səhvlərimizi düzəldirik. Macarlarla oyunda qol vəziyyətlərindən yararlana bilmədik və onlar da bizim səhvlərimizdən maksimum istifadə etdilər. İnanıram ki, oyundan-oyuna daha yaxşı olacaq. Öz çıxışım haqqında danışmaq istəməzdim. Bunu məşqçilər heyəti daha yaxşı bilir.

- Bu futbolçuların bir çoxu ilə əvəzedici komandada oynamısan. Demək olar ki, heyət sənə yad deyil...
- Düzdü, Rahil, Mirabdulla, Orxan, Kamran və Maksimlə əvəzedici komandada çiyin-çiyinə oynamışam. Dünənki matçda da bir-birimizi yaxşı başa düşürdük. Amma ilk oyunun da həyəcanı vardı.

- "Neftçi" Azərbaycanın ən köklü klubudur və komanda hər mövsüm böyük hədəflər üçün oynayır. Yəqin ki, bu məsuliyyəti ikiqat artırır.
- "Neftçi" ölkə futbolunun flaqmanıdır. Bu klubda oynayırsansa məsuliyyət hissi daim səninlə olmalıdır. Qarşıda yoxlama oyunları və avrokubok matçları var. Bu qarşılaşmaların hər birində yalnız qələbə qazanmaq istəyirik. Təbii ki, əsas heyətdə möhkəmlənmək və komandamıza faydalı olmaq üçün daha çox çalışmalıyıq.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.