21 iyun 2015 14:30
Neftçi Rumıniya klubu ilə oyunu ləğv etdi
"Neftçi" bu gün Avstriyadakı təlim-məşq toplanışı çərçivəsində Rumıniyanın "Botoşani" klubu ilə yoxlama oyunu keçirməliydi. Lakin azerisport.az xəbər verir ki, sözügedən görüş baş tutmayacaq.
Buna səbəb "ağ-qaralar"ın ötən gün Macarıstan MTK-sı ilə sınaq görüşü keçirməsidir.
Qeyd edək ki, "Neftçi" iyunun 24-də Albaniyanın "Kukesi", 27-də isə Ukraynanın "Şaxtyor" komandası ilə qarşılaşacaq.
