21 iyun 2015 13:40
MTK-nın baş məşqçisi Neftçi ilə oyundan danışdı
Macarıstanın MTK klubunun baş məşqçisi Laslo Çaba "Neftçi"yə qarşı keçirdikləri yoxlama matçından danışıb. Azerisport.az xəbər verir ki, o, komandasının 3:0 hesablı qələbəsini belə şərhe dib?
"Bu oyunda qələbə qazanmaq bizim üçün vacib idi. Xüsusilə də Rumıniyanın "Botoşani" klubu üzərindəki qələbənin davamını gətirmək baxımından. Rumıniya klubu daha təşkilatlanmış komanda təsiri bağışlayırdı. Amma "Neftçi"nin də güclü futbolçuları vardı. Biz bu oyunda yeni müdafiəçilərimizi sınaqdan keçirməyə çalışdıq".
