21 iyun 2015 12:00
Avrokuboklardakı klublarımızı püşkatmada kimlər təmsil edəcək?
Sabah Azərbaycanın avrokuboklardakı təmsilçiləri Avropa Liqası və Çempionlar Liqasının ilkin təsnifat mərhələlərindəki rəqiblərini tanıyacaqlar. Azerisport.az xəbər verir ki, artıq püşkatma mərasiminə gedəcək klub rəsmiləri də məlumdur.
ÇL-in püşkatmasına qatılacaq "Qarabağ"ı klubun idman direktoru Əmrah Çəlikəl təmsil edəcək.
Avroliqanın püşkünə isə "İnter"dən klubun analitiki Ağakişi Mehdizadə, "Neftçi"dən Mübariz Xudiyev, "Qəbələ"dən isə Zaur Əzizov gedir.
