21 iyun 2015 11:20
Əfran İsmayılov: Danışıqlar uğurlu alınsa, xarici klubda oynaya bilərəm
Son mövsümdə "İnter"in heyətində çıxış edən yarımmüdafiəçi Əfran İsmayılov karyerasını harada davam etdirəcəyini hələ də müəyyənləşdirməyib. Azerisport.az saytına açıqlamasında o, gələcək planları barədə danışıb:
"Hələ istirahətdəyəm. Yığmanın düşərgəsindən qayıdandan sonra bu istirahətə ehtiyac var idi. Evdə oluram, gələn təkliflərə baxıram. Danışıqlar alınsa, xarici klublardan birində oynaya bilərəm".
Amma İsmayılov bunun dəqiq olmadığını söyləyir: "Yeni komandamın avrokuboklarda çıxış edib-etməməsi önəmli deyil. Bu, mənim üçün problem sayıla bilməz".
İsmayılov "Qarabağ" və "Qəbələ"dən təklif aldığı barədə xəbərləri isə təkzib edib.
