21 iyun 2015 00:40
Araz braziliyalı futbolçu ilə güclənir
Azərbaycanın futzal klubu "Araz" braziliyalı legionerlə güclənməyə yaxındır. Azerisport.az xəbər verir ki, Naxçıvan təmsilçisi son mövsümü "Fənər"də keçirmiş Vilyam Oliveyra do Nasimentunu heyətinə qatmağa hazırlaşır.
Vasero adı ilə tanınan futbolçu artıq "Araz"dan rəsmi təklif də alıb. Amma hələ tərəflər maliyyə məsələsində tam razılığa gələ bilməyiblər.
