21 iyun 2015 00:30

Vidadi Rzayev: Əminəm ki, Avropa klubları arasında Qarabağa rəqib olmaq istəməyənlər də var

Veteran futbolçu Vidadi Rzayevin azerisport.az saytına müsahibəsi

- Qarşıda klublarımızı avrokubokların püşkatması gözləyir. Sizcə, püşk "Qarabağ"ın üzünə güləcək?
- "Qarabağ"ın reytinqini nəzərə alsaq, ÇL-in ikinci təsnifat mərhələsində elə də güclü rəqib gözləməyə dəyməz. Düzdür, istənilən halda ağdamlıları hansısa Avropa ölkəsinin çempionu ilə görüş gözləyir. Amma məncə, bu mərhələdə istənilən rəqib "Qarabağ"ın dişinə görə olacaq. Hətta əminəm ki, ÇL-in bəzi iştirakçıları komandamızla düşməməyi düşünürlər.

- Azərbaycan çempionundan bu mövsüm nə gözləyirsiniz?
- ÇL-in qrup mərhələsinə düşmələrinə ümid edirəm. Amma bu, çətin olacaq. Ən pis halda Avropa Liqasının qrup mərhələsinə düşməlidirlər. Yeni mövsümdə Avroliqanın pley-offuna qədər irəliləmək olar.

- Avroliqadakı təmsilçilərimiz arasında ən aşağı reytinqə malik olan "Qəbələ"dir ki, onlara da "Vest Hem", "Rusenborq", "Bröndbü", "Srvena Zvezda" kimi güclü komandalar düşə bilər...
- Ümid edirəm ki, qeyd etdiyiniz komandalardan heç biri ilə düşmərik. Çünki "Qəbələ"nin potensial rəqibləri arasında da Malta, Lüksemburq, Lixtenşteyn kimi ölkə təmsilçiləri var. Onları gözləyəcəyəm (gülür).

- Bəs bəxtimiz gətirməsə?
- Oynamaq lazımdır. "Qəbələ" bu mövsüm sözünü deməlidir. Vaxtilə "Qarabağ" da "Rusenborq" kimi komandaları mübarizədən kənarlaşdırmaqla indiki reytinqi qazanıb.

- "Neftçi" və "İnter"dən nə gözləyirsiniz?
- Onların ilk rəqibləri keçiləsi komandalar olacaq. Amma onların bu oyunlara hansı dərəcədə hazır olmasından çox şey asılı olacaq. Çətinliklərə baxmayaraq, hər iki komandamız birinci mərhələni keçə bilər. Azərbaycan yığması da son oyunlarda müsbət nəticələr qazana bildi. Bu, klublarımızda da inam yaratmalıdır.

- Sizcə, yığmanın Malta üzərində qələbəsi, Norveçlə səfər heç-heçəsi futbolçularda inam yaradıb?
- Bəli, belə oyunlar öz təsirini göstərməlidir. Futbolçu üçün özünəinam böyük amildir. Çünki yığmamız Norveçə hətta qalib də gələ bilərdi.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.