21 iyun 2015 00:00
Neftçi böyük hesabla məğlub oldu
"Neftçi" Avstriya toplanışı çərçivəsində ilk yoxlama oyununu keçirib. Azerisport.az xəbər verir ki, Samir Əliyevin çalışdırdığı komanda Macarıstanın MTK klubu ilə üz-üzə gəlib.
Qarşılaşma bakılıların 0:3 hesablı məğlubiyyəti ilə başa çatıb.
Qeyd edək ki, "Neftçi" növbəti matçını iyunun 21-də Rumıniyanın "Botoşani" klubuna qarşı keçirməlidir.
