21 iyun 2015 00:20
Qarabağ Ştutqartla yoxlama oyunu keçirəcək
"Qarabağ"ın Avstriyada keçirdiyi təlim-məşq toplanışı çərçivəsində 3 və ya 4 yoxlama oyunu keçirəcəyini xəbər vermişdik. Azerisport.az xəbər verir ki, Ağdam klubu Çempionlar Liqasının 2-ci təsnifat mərhələsinin ilk oyununa qədər iyunun 30-da, iyulun 3-də, 7-də və 8-də hazırlıq oyununa çıxmağı planlaşdırır.
Artıq ayın son gününə təyin olunmuş ilk oyunda məkan bəlli olub. İyunun 30-da Ağdam klubu "Ştutqart"ın 2-ci komandası ilə qarşılaşacaq. Oyun "Qarabağ"ın məskunlaşdığı Kössen qəsəbəsinin stadionunda keçiriləcək.
