Qarabağ yağışlı havada məşq etdi
"Qarabağ" Avstriyada təlim-məşq toplanşına davam edir. Azerisport.az xəbər verir ki, Kössen qəsəbəsindəki 2-ci günündə komanda məşqə yağmurlu havada başlayıb.
Artıq 2 gündür Alp dağlarının yamaclarında yağışlar davam edir. Yağışların ara verməməsi komandanın səhər məşqini trenajor zalında keçməsinə səbəb olub. 2-ci çalışma yerli vaxtla 19:00-da (Azərbaycan vaxtıyla 22:00) start götürüb. Məşq 1 saat 30 dəqiqə davam edib. Məlum səbəblərdən tam heyətlə çalışa bilməyən komanda toplu çalışmalardan yararlanıb.
Bu arada Dani Kintana, Ansi Aqollinin ardından daha 2 legioner komandanın düşərgəsinə qoşulub. Braziliyalılar Riçard Almeyda və Reynaldo səhər saatlarında komandanın məskunlaşdığı otelə gəliblər. Cənubi amerikalılar axşam yüngül məşqlə kifayətləniblər.







