20 iyun 2015 19:30
Ruslan Qurbanov Neftçinin düşərgəsinə yollandı
Azərbaycan yığmasının hücumçusu Ruslan Qurbanov "Neftçi"nin düşərgəsinə qayıdıb. Azerisport.az xəbər verir ki, o, Xorvatiyanın "Hayduk" klubu ilə icarə müqaviləsinin müddəti başa çatandan sonra Rusiyaya istirahətə yollanmışdı.
Bu gün axşam isə o, Avstriyaya yollanıb. Belə ki, futbolçu bu ölkədə hazırlıq keçən "Neftçi"nin düşərgəsinə qoşulacaq.
