20 iyun 2015 17:00
Samir Əliyev: Macarıstan klubu ilə oyun çatışmazlıqlarımızı göstərəcək
"Neftçi"nin baş məşqçisi Samir Əliyev Macarıstanın MTK klubuna qarşı keçiriləcək yoxlama oyunu öncəsi fikirlərini açıqlayıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Bu oyunun nəticəsi bizim üçün önəmli deyil. Əsas futbolçuların nə dərəcədə istəkli, hazır olduğunu görməkdir. Onların fiziki hazırlığının hansı səviyyədə olduğunu bilmək istəyirik. Avropa Oyunlarına qədər vaxtımız çox azdır. Çalışmaq lazımdır. Bu oyun bizə çatışmazlıqlarımızı göstərəcək. Bugünkü görüşdə iki legionerimiz meydana çıxacaq. Bunlar Kaue və yeni transfer Xuan Albertodur".
