20 iyun 2015 13:45

Kəpəz Premyer Liqa üçün hazırlığa başladı

Qarşıdakı mövsümdən Premyer Liqada mübarizə aparacaq “Kəpəz” Gəncə şəhər stadionunda seleksiya xarakterli toplanışa start verib. Azerisport.az xəbər verir ki, məşqdən öncə Müşahidə Şurasının üzvləri və klubun rəsmiləri meydanda məşqçi heyəti və futbolçularla görüşüb.

Qurumun üzvlərindən Mikayıl Nərimanoğlu, Müşfiq Cəfərov və icraçı direktoru Mehman Allahverdiyev toplanışa qatılan oyunçular qarşısında çıxış edərək, onlara uğurlar arzulayıb. Özünü ən yaxşı tərəfdən göstərən futbolçuların məşqçilərin rəyi əsasında komandaya cəlb olunacağı bildirilib.

İlk məşq prosesində topa toxunuşu “Kəpəz”in tarixi keçmişi olan, veteran futbolçu Müzəffər Qasımovla komandanın gələcəyi, “Mancester Yunayted” Yay Futbol Məktəbinə seçimlərdə sınaqdan uğurla çıxmış Nihat Fərəci edib. Bir-birinə ötürmələr edən ikili daha sonra meydanı komanda üzvlərinin ixtiyarına verib.

Qeyd edək ki, “sarı-göylər”in baş məşqçisi Şahin Diniyev və köməkçisi Şakir Qəribov AFFA-nın Məşqçilər Komitəsinin üzvü kimi yığma komandaların xarici səfərlərində olduğu üçün Nizami yurdunun təmsilçisini məşqə digər köməkçi məşqçilər çıxarıb. Xaliq Mərdanov, Füzuli Allahverdiyev və Nadir Şükürov ilk məşqdə futbolçulara tapşırıqlar verib. Səfərdə olan mütəxəssislər qarşıdakı günlərdə “Kəpəz”in düşərgəsinə təşrif buyuracaqlar.

Nəzərinizə çatdıraq ki, seleksiya toplanışına Gəncədən olan 30 futbolçu qatılıb. Onlardan 13 oyunçu son mövsümdə komandanın şərəfini qoruyub.

Yeri gəlmişkən, ilk məşq prosesinə klubun azarkeşləri də maraq göstərib. Toplanışı 30-a yaxın fanat izləyib.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.