20 iyun 2015 13:00
Neftçi Ayltonu baxışdan keçirir
"Neftçi" Braziliyanın "Fluminense" klubunun müdafiəçisi Ayltonu baxışa çağırıb. Azerisport.az xəbə verir ki, sol cinah müdafiəçisi "ağ-qaralar"ın bu gün Macarıstan MTK-sı ilə yoxlama oyununda da meydana çıxacaq.
Qeyd edək ki, Aylton son yarım ili icarə əsasında "Botafoqo"da keçirib. O, bu ilin sonunadək müqavilə ilə "Fluminense"yə məxsusdur.
