20 iyun 2015 12:40
Qəbələnin sabiq oyunçusu Rumıniya klubunda
"Qəbələ"nin sabiq müdafiəçisi Aleksandru Benqa özünə yeni klub tapıb. Azerisport.az xəbər verir ki, o, əvvəllər şərəfini qoruduğu "Petrolul"a qayıdıb.
Tərəflər üç illik müqaviləyə imza atıblar.
Qeyd edək ki, Benqa son mövsümdə "Qəbələ"də cəmi 8 oyuna çıxsa da, əsas heyətdə möhkəmlənə bilməmişdi.
