20 iyun 2015 12:20

Nika Kvekveskiri: İnterin maliyyə problemi mənim işim deyil

"İnter"in yeni transferi Nika Kvekveskirinin azerisport.az saytına müsahibəsi

- Paytaxt klubuna keçidinizlə bağlı nə deyə bilərsiniz?
- Şadam ki, "İnter" kimi bir klubla müqavilə imzaladım. Fikrimcə, düzgün qərar qəbul etmişəm.

- "İnter" barədə nə bilirsiniz?
- Bilirəm ki, bu komanda daim çempionluğa oynayır. Həmçinin bu komandada çoxlu gürcü futbolçunun çıxış etməsindən də xəbərim var.

- Zaur Svanadze ilə söhbətiniz olub?
- Şadam ki, Svanadze kimi bir mütəxəssislə çalışacağam. O, doğrudan da yüksək səviyyəli bir məşqçidir.

- "İnter"ə keçidinizə nə səbəb oldu?
- Legioner həyatı yaşamaq istəyirdim. Ümid edirəm ki, komandama faydalı olacağam.

- "İnter"də məşqlərə nə vaxt başlayacaqsınız?
- Artıq komandanın məşqlərinə qatılmağa başlamışam.

- Yəqin ki, seçiminizə komandanın paytaxtı təmsil etməsi də təsir etdi?
- Bakı çox xoşuma gəldi. Doğrudan da gözəl şəhərdir.

- Müqavilənin müddəti nə qədərdir?
- Bir il.

- Komandaya uyğunlaşmaq baxımından problem yoxdur?
- "İnter"də gürcülər var. Amma komandada elə oyunçular var ki, hətta gürücülər olmasaydı da, mənim bura uyğunlaşmağım problem olmayacaqdı. Digər tərəfdən Georgi Lomaya, Zaur Svanadze kimi peşəkarlarla birgə çalışmaq çox xoşdur.

- Siz "İnter"ə gələrkən klubun maliyyə probleminin olduğunu bilirdiniz?
- Bu, mənim işim deyil. Bu barədə danışmaq istəmirəm. Bircə onu deyə bilərəm ki, hər şey yaxşı olacaq.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.