20 iyun 2015 11:00
Nurlan Novruzov Türkiyə klubu ilə müqavilə imzaladı
Azərbaycanlı hücumçu Nurlan Novruzov Türkiyənin "Elazığspor" klubuna keçib. Azerisport.az xəbər verir ki, son mövsümdə Premyer Liqamızın bombardiri olmuş futbolçu PTT 1-ci Liqa təmsilçisi ilə 1+1 sistemi ilə müqavilə imzalayıb.
Qeyd edək ki, son mövsümdə bu komandada daha bir futbolçumuz - Cavid İmamverdiyev də çıxış edirdi.
