20 iyun 2015 00:30
Qarabağ Avstriyada ilk məşqə çıxdı
Azərbaycan çempionu "Qarabağ" ötən gecə Avstriyada ilk məşqinə çıxıb. Azerisport.az xəbər verir ki, məlum səbəblərdən komanda məşqə tam heyətlə çıxa bilməyib.
Qurban Qurbanovun komandası məşqə yerli vaxtla saat 19:00-da (Azərbaycan vaxtıyla 22:00) yollanıb. İlk gün yüngül məşqlə kifayətlənən komandanın bu günə 2 məşqi planlaşdırılıb.
