20 iyun 2015 00:20

Bədavi Hüseynov: Qurban Qurbanov onlara layiqli əvəzləyici tapacaq

Azərbaycan yığmasının və "Qarabağ"ın müdafiəçisi Bədavi Hüseynovun azerisport.az saytına müsahibəsi

- Türkiyənin "Trabzonspor" klubunun sizinlə maraqlandığı bildirilirdi. Konkret nəsə var?
- Bəli, elə söhbətlər var idi. Amma "Trabzonspor"dan mənə rəsmi təklif gəlməyib. Türkiyə klubu belə bir təklif göndərsəydi, "Qarabağ" rəhbərliyi mənə xəbər verərdi.

- "Qarabağ"ın yeni transferi Alharbi El-Jadeyui barədə məlumatınız var?
- Düzünü desəm, hələ komandaya kimlərin gəldiyini bilmirəm. Avstriya toplanışına qədər daha çox ailəmlə birgə olmağa çalışdım. Çünki çoxdan idi görüşmürdük.

- Sizcə, klubunuz Leroy Corca layiqli əvəzləyici tapa biləcək?
- Qurban Qurbanov kimisə komandaya gətirməyə qərar verirsə, deməli, həmin futbolçu bizə fayda verəcək.

- Vüqar Nadirov, Muarem Muarem və Leroy Corcun gedişi komanda üçün nə dərəcədə böyük itkidir?
- Təbii ki, hər hansı futbolçunun getməsi komanda üçün bir itkidir. Çünki onlar əsas heyətin üzvləriydilər. Amma məncə, baş məşqçimiz onlara layiqli əvəzləyici tapacaq. Sadəcə, bizə bir qədər zaman lazımdır. Allah eləsin ki, hər şey yaxşı olsun və növbəti mövsümdə də qızıl medallar uğrunda mübarizə aparaq.

- Azərbaycan yığması ilə AÇ-2016-nın seçmə mərhələsində Norveçə qarşı qolsuz heç-heçə barədə nə deyə bilərsiniz?
- Bizim üçün asan oyun olmadı. Norveçlilər fiziki baxımından bir qədər güclüdürlər. Amma biz bu görüşdə kompakt oynamağa çalışdıq və nəticə qazandıq.

- Robert Prosineçkinin rəhbərliyi altında komanda ikinci rəsmi oyununda da müsbət nəticə qazanmağı bacardı. Onun gəlişindən sonra komandamızda müsbət dəyişikliklərin olduğunu demək olar?
- Baş məşqçinin bizdən nə istədiyini başa düşürük və çalışırıq ki, onun bütün tapşırıqlarını meydanda həyata keçirək. Amma üzərində işləməli olduğumuz çox şey var. Çünki qarşıda komandamızı daha çətin görüşlər gözləyir.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.