20 iyun 2015 00:00
Metallistin sabiq futbolçusu Azərbaycanda çıxış edə bilər
Ukraynanın "Metallist" klubunun sabiq hücumçusu Vladimir Qomenyuk karyerasını Azərbaycanda davam etdirə bilər. Azerisport.az xəbər verir ki, bu barədə "Teleqraf" nəşri məlumat yayıb.
Məlumatda bildirilir ki, Qomenyuka bir sıra ölkələrdən təklif var. Bu ölkələr arasında Azərbaycan da var.
Bu xəbəri Qomenyuk özü də təsdiqləyib: "Hazırda menecerim klub axtarışı ilə məşğuldur. Variantlar çoxdur. Ukraynadan başqa Azərbaycan və Qazaxıstan klublarından da təklif var. Necə olacağını görəcəyik".
