19 iyun 2015 21:30

Kəpəzin Müşahidə Şurası azarkeşlərlə görüşdü

“Kəpəz” PFK-nın Müşahidə Şurası və klub rəhbərliyi görüşlər keçirməkdə davam edir. Azerisport.az xəbər verir ki, bu dəfə komandanın azarkeşləri ilə görüş baş tutub.

Gəncə şəhər stadionunda reallaşan yığıncağı giriş sözü ilə icraçı direktor Mehman Allahverdiyev açıb. “Kəpəz”in elitaya yüksəlməsi münasibəti ilə gəncəli fanatları təbrik edən klub rəsmisi görüləcək işlərlə bağlı danışıb. “İnanırıq ki, komanda Premyerliqada adına layiq çıxış edəcək və sizləri sevindirəcək” cümləsi ilə çıxışını tamamlayan Mehman müəllim sözü Müşahidə Şurasının üzvü Mikayıl Nərimanoğluna verib.

Çıxışına “Kəpəz” azarkeşlərinə göz aydınlığı verməklə başlayan Nərimanoğlu futbolsevərləri klubun ətrafında birləşməyə çağırıb: “Kluba dəstək vermək siz fanatların üzərinə düşür. Pis və yaxşı günündə əsl azarkeş komandanın yanında olmalıdır. Bu gün stadion problemi ilə bağlı “Kəpəz”in çempionatda “ev” oyunlarını Gəncədən kənarda keçirmək ehtimalı var. Amma şəhər rəhbərliyi bu problemi aradan qaldırmaq üçün bütün qüvvəsini səfərbər edib. İlk növbədə çalışıb Nizami yurdunda oynamalıyıq. Çünki futbol siz azarkeşlər üçündü”.

Müşahidə Şurasının üzvü stadionda fanklub üzvləri üçün xüsusi sektorların ayrılacağını və çılğın azarkeşlərin baraban, eyni zamanda klubun atributları ilə təmin olunacağını söyləyib.

Görüşdə iştirak edən qurumun digər üzvləri Müzəffər Qasımovla Müşfiq Cəfərov da “Kəpəz”in böyük azarkeş dəstəyi olacağına ümid etdiklərini vurğulayıb. Onlar futbolda azarkeş dəstəyinin mühümlüyünü qeyd etməklə, komandanı ayaqda saxlayan qüvvənin fanatlar olduğunu deyiblər.

Görüşdə söz alıb çıxış edən fanklub rəhbərləri və üzvləri isə hər zaman “Kəpəz”ə arxa olacaqlarını, komandanı istər stadionda, istərsə də ondan kənarda dəstəkləyəcəklərini bildiriblər.

Görüşün sonunda Müşahidə Şurasının üzvləri və klub rəsmiləri azarkeşlərlə birgə stadiona baxış keçiriblər. Arenada görüşdən xatirə qalacaq foto çəkilib.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.