19 iyun 2015 21:00
Azərbaycanlı qapıçı Türkiyə klubuna keçdi
Azərbaycanlı qapıçı Elnar Kərimov Türkiyə klubu ilə müqavilə imzalayıb. Azerisport.az xəbər verir ki, o, "Bartınspor"la anlaşıb.
Tərəflər bir illik müqavilə bağlayıblar. Qeyd edək ki, "Bartınspor" Türkiyənin üçüncü divizionunda çıxış edir.
