19 iyun 2015 19:00
Neftçi üç legionerlə bağlı qərarını verdi
"Neftçi" Avropa Liqasına və yeni mövsümə hazırlığı Avstriyada davam etdirir. Azerisport.az xəbər verir ki, artıq Kaue də məşqlərə qatılmağa başlayıb.
Bu futbolçunun komanda ilə yollarını ayırdığı bildirilsə də, o, növbəti mövsümdə də "Neftçi"nin şərəfini qoruyacaq.
Rəhbərlik Kaue ilə yanaşı, Flavinyo ilə Erik Ramosu da heyətdə saxlamağa qərar verib.
