19 iyun 2015 16:20

Qarabağ Avstriyadadır

"Qarabağ" 2015/16 mövsümünün hazırlığına start verib. Azerisport.az xəbər verir ki, son ölkə çemponu və kubokun sahibi olan komanda ötən il olduğu kimi, bu dəfə də təlim-məşq toplanışı üçün Avstriyaya yollanıb.

Avstriya - Almanya sərhəddində, Tirol şəhərinə yaxın Kössen qəsəbəsində məskunlaşan komanda ötən ilki oteldə məskunlaşıb. 21 günlük təlim-məşq toplanışı keçirməyi planlaşdıran ağdamlılar dünən Bakı – İstabul – Münhen  reysiylə günorta saaatlarında ölkəni tərk edib. Bavariya əyalətinin ən böyük şəhərindən isə heyət avtobusla Kössenə yollanıb. Təxminən saat yarımlıq yolçuluqdan sonra Alp dağlarının yamacında yerləşən otelə çatanda Bakı saaatıyla 03:00 idi.

"Qarabağ" Bakıdan təlim-məşq toplanışına tam heyətlə yollanmayıb. Əsas və U-21 millisində olan futbolçular ötən mövsümü gec qapadığından komandaya iyunun 23-də qoşulacaqlar. Ötən mövsümün gedişində komandanın sıralarına qatılsa da, reqlament səbəbindən meydana çıxmaq şansı olmayan Dani Kintana da Münhendə düşərgəyə qoşulub. Digər legionerlər isə bu gün və sabah komandanın düşərgəsinə qoşulacaqlar. Sadəcə, sentyabrdan zədəli olan braziliyalı legioner Çumbinyonun iyunun 30-da təlim-məşq toplanışına qoşulacağı gözlənilir.

"Qarabağ" Avstriyada təlim-məşq toplanışı müddətində 3 və ya 4 yoxlama oyunu keçirəcək. Oyunlar iyunun 30-da, iyulun 4, 7 və 8-də olacaq.

Bu günə komandanın tək məşqi var. Futbolçular yerli vaxtla 18:00-da (Azərbaycan vaxtıyla 21:00) günün yeganə çalışmasına çıxacaq.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.