19 iyun 2015 16:00
Neftçi sabah ilk yoxlama oyununa çıxacaq
"Neftçi" PFK Avstriya təlim-məşq toplanışı çərçivəsində ilk yoxlama matçını sabah keçirəcək. Azerisport.az xəbər verir ki, paytaxt təmsilçisi Macarıstanın MTK klubu ilə qarşılaşacaq.
Görüş Bakı vaxtı ilə saat 21:00-da başlayacaq. Əsası 1888-ci ildə qoyulmuş Budapeşt təmsilçisi 23 dəfə ölkə çempionatının qalibi olub. 12 dəfə Macarıstan kubokunu əldə etmiş komanda, kuboklar kubokunun finalına da yüksəlib. Hazırda rəqibin heyəti 3 futbolçu istisna olmaqla yerli oyunçulardan ibarətdir.
