19 iyun 2015 15:40
Tahir Süleymanov: Elnur Məmmədovla aramızda heç bir mübahisə olmayıb
"Neftçi"nin sabiq vitse-prezidenti Tahir Süleymanov ötən gün baş tutan klubun Müşahidə Şurasının üzvləri ilə görüş zamanı icraçı direktor Elnur Məmmədovla mübahisə etdiklərinə dair xəbərləri təkzib edib. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Sağ olsunlar ki, məni də dəvət etmişdilər. Kifayət qədər demokratik müzakirələr apardıq. Elnur Məmmədovla aramızda heç bir mübahisə olmayıb. Sadəcə, aktiv diskussiya aparmışıq. Bir təcrübəli futbol adamı kimi mən də öz fikirlərimi bildirdim. Həmçinin bildirdim ki, nə kömək lazım olsa, hazıram".
