19 iyun 2015 14:40

Tahir Süleymanov: Futbolçu ilə elə vidalaşmaq lazımdır ki, sonra belə olaylar yaşanmasın

"Neftçi"nin sabiq vitse-prezidenti Tahir Süleymanovun azerisport.az saytına müsahibəsi

- "Neftçi"nin Emil Mpenza ilə bağlı məlum aqibətlə üzləşəcəyini gözləyirdiniz?
- 2012-ci ildə Türkiyədə Drezden "Dinamo"su ilə oyundan sonra o, məşqə çıxmaqdan imtina etdi. Biz ona dedik ki, "Neftçi"də oynamaq istəmirsənsə, özünə klub tapa bilərsən. Bütün sənədlər də əlimizdədir. Lazım olsa, onları ictimaiyyətə açıqlaya da bilərik. Biz ona yazılı şəkildə müraciət ünvanladıq, onu Belçika Futbol Federasiyasına və FİFA-ya da göndərdik. Buna baxmayaraq, o, kluba qayıtmaq istəmədi. Bizim FİFA-ya şikayətimiz də bəhrəsiz qaldı. FİFA sadəcə, kimin haqlı olduğunu müəyyənləşdirə bilmədi. Bu üzdən də heç bir qərar qəbul edilmədi.

- Amma indi məlum olur ki, FİFA Mpenzanı haqlı çıxarıb və "Neftçi" ona böyük məbləğdə pul ödəməlidir...
- Ötən gün məni "Neftçi"nin Müşahidə Şurasının iclasına dəvət etmişdilər. Maraqlı diskussiya alındı. Danışıqların yekununda İdman Arbitraj Məhkəməsinə (CAS) müraciətə qərar verildi. Bizim haqlı olduğumuzu sübut edəcək kifayət qədər sənədimiz, dəlilimiz var. FİFA hazırda Zepp Blatterin istefası, rüşvət qalmaqalı ilə bağlı öz problemlərinin həlli ilə məşğuldur. Bu üzdən onların istənilən qərarı yekun kimi sayılmamalıdır.

- İstisna deyil ki, Julius Vobay və Ernest Nfor da klubdan şikayətçi olsun...
- FİFA adətən futbolçuları prioritet hesab edir. Messi ilə Ronaldodan tutmuş bizim futbolçulara qədər hamısının hüquqları bu qurum tərəfindən qorunur. Çünki meydana çıxan, azarkeşləri stadiona gətirən futbolçulardır. Futbolçu ilə də elə vidalaşmaq lazımdır ki, belə hadisələr baş verməsin. Amma bu əksər klubların başına gəlir. Hətta "Barselona" da sanksiya ilə üzləşib. Vobayla müqavilənin müddəti başa çatıb. Amma əminəm ki, klub ona olan borcu tam ödəyəcək.

- "Neftçi"nin yeni rəhbərliyi gənclərə üstünlük verir. Sizcə, bu, nə dərəcədə doğru qərardır?
- "Neftçi" Azərbaycanın "Barselona"sı, "Real"ı, "Mançester Yunayted"i, "Bavariya"ı, "Qalatasaray"ı, "Fənərbaxça"sıdır. İstənilən layihəyə başlamaq olar. Hətta meydana 17 yaşlı futbolçu da buraxa bilər. Amma istənilən halda klub Azərbaycan futboluna fayda verməlidir. Tutaq ki, "Barselona" yeni layihəyə başlayır, gənclərə şans verir, öz iddialarından əl çəkir. Bunu təsəvvür edə bilirsiniz? Gedenin dövründə mənasız siyasət yürüdən "Neftçi"ni biz yeni səviyyəyə qaldırdıq. İndi yeni rəhbərlik həmin uğurların davamını gətirməlidir. Bizim dövrümüzdə də gənclər oynayırdı. Amma eyni zamanda ölkəmizi Avropa Liqasında layiqincə təmsil edirdik.

- Sizcə, Samir Əliyevin komandası nə dərəcədə uğurlu olacaq?
- Komandaya kompleks şəkildə qiymət vermək lazımdır. Klubun beynəlxalq arenada uğurlu çıxış etmək üçün kifayət qədər təcrübəsi var. "Neftçi"nin kifayət qədər yüksək reytinqi var. "Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuk əbəs yerə komandasının reytinqinin aşağı olmasından gileylənmir. Bu reytinqi itirməmək lazımdır. Çünki sonra həmin reytinqi geri qaytarmaq çətin olacaq.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.