19 iyun 2015 12:30
XL Türkiyə və İran klubları ilə yoxlama oyunu keçirəcək
"Xəzər Lənkəran" yay hazırlıq planlarını müəyyənləşdirib. Azerisport.az xəbər verir ki, komanda iyunun 28-də Türkiyəyə yola düşəcək.
Nevşehirdə hazırlıq keçəcək komanda burada bir aya yaxın, iyulun 25-dək qalacaq. Cənublular bu müddət ərzində bir sıra yoxlama oyunu da keçirəcək. Hələlik, rəqiblər bəlli olmasa da, Türkiyə və İran klubları ilə bu yöndə danışıqlar aparılır.
