19 iyun 2015 00:30
Leroy Corc Türkiyə klubu ilə müqavilə bağlamağa yaxındır
"Qarabağ"la yenicə yollarını ayıran Leroy Corc karyerasını böyük ehtimalla Türkiyədə davam etdirəcək. Azerisport.az xəbər verir ki, o, "Göztəpə"yə keçməyə yaxındır.
Öncə Leroyun bu klubla bir illik müqavilə ilə bağlı razılığa gələ bilmədiyi bildirilirdi. Lakin komandanın baş məşqçisi Metin Diyadin bəyan edib ki, artıq Corcla razılığa gəliblər. Hollandiyalı futbolçunun yenicə Türkiyə PTT 1-ci liqasına yüksələn bu klubla yaxın günlərdə müqavilə bağlaması gözlənilir.
Qeyd edək ki, Leroy son iki mövsümdə "Qarabağ"ın heyətində çıxış edirdi.
