19 iyun 2015 00:20

Roman Qriqorçuk: Daha bir neçə oyunçu transfer etməyimiz lazımdır

"Qəbələ"nin baş məşqçisi Roman Qriqorçukun azerisport.az saytına müsahibəsi

- Yeni mövsümə hazırlıq necə gedir?
- Həmişə yaxşı olmasını istəyirəm. Amma təəssüflənəsi də bir şey yoxdur. Məşq etmək üçün yaxşı şəraitimiz var. Bizimlə xeyli gənc futbolçu da hazırlıq keçir. Bu üzdən bəzi milli üzvlərinə istirahət vermişik.

- İki zəif komanda ilə yoxlama oyunu keçirmisiniz. Niyə daha güclü rəqib seçmədiniz?
- Hazırda bizə güclü rəqiblə qarşılaşmaq vacib deyil. Həm də iyun ayında güclü komanda tapmaq asan deyil. Bütün komandalar istirahətdədir.

- Daha kimlərlə qarşılaşmağı planlaşdırırsınız?
- İyunun 25-də daha bir oyunumuz olacaq. Amma hansı komanda ilə qarşılaşacağımız dəqiq deyil.

- Artıq bir neçə transfer etmisiniz. Razısınız?
- Biz transferi etməzdən öncə hər şeyi ciddi şəkildə düşünmüşük.

- Yenə də transfer olacaq?
- Bizə mütləq daha bir neçə oyunçu almaql lazımdır. Yenilərin yerli və ya əcnəbi olmasının mənim üçün prinsipial fərqi yoxdur.

- Viktor Mendinin əvəzində Estoniya yığmasının üzvünü dəvət etmisiniz. Sergey Zenyev onu layiqincə əvəz edə biləcək?
- Biz onu Mendinin əvəzinə gətirdiyimizi deyə bilmərik. Zenyevi cinah hücumçusu mövqeyində görürük. Baxmayaraq ki, hücumun sivri ucunda da oynaya bilər. Mendinin mövqeyinə isə başqa transferimiz olacaq.

- Artıq bir neçə gündən sonra Avropa Liqasındakı rəqibiniz müəyyənləşəcək. Hansı rəqiblərlə düşmək istərdiniz?
- "Qəbələ"nin reytinqini nəzərə alsaq, bizi çox ciddi rəqiblər gözləyir. Yolumuz ağır olacaq. Çünki püşkatmada səpələnməmişlər səbətində yer alacağıq. Növbəti mərhələyə adlamaq çox çətin olacaq. İşimizin asan olması üçün Azərbaycan çempionu olmağımız lazımdır. Amma indiki vəziyyətdə də uğur qazanmağa köklənmişik.

- Hazırkı çatışmazlıqlara baxmayaraq, "Qəbələ" neçə mərhələ keçə bilər?
- Bizə "Vest Hem" də düşə bilər. Ona görə də öncədən nəyisə proqnozlaşdırmaq çox çətindir. Lakin biz Avropada hansı səviyyədə olduğumuzu bilmək istəyirik. Komanda çox dəyişib. Artıq çox az vaxt qalıb. Bu müddətdə çox böyük iş görməliyik ki, tam hazır olaq.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.