18 iyun 2015 17:30

Adil Nağıyev: Bu templə davam etməyi düşünürük

21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının üzvü Adil Nağıyev AÇ-2017-nin seçmə mərhələsi çərçivəsində Farer adalarına qarşı keçirdikləri oyunla bağlı fikirlərini bölüşüb. Azerisport.az xəbər verir ki, o, 1:0 hesabıyla qalib gəldikləri görüşü belə şərh edib:

“İlk oyunumuz olduğuna görə, qələbə qazanmaq istəyirdik. Məşqçilərimiz də tapşırmışdılar ki, qələbə bizim üçün vacibdir. Oyundan əvvəl hava şəraiti məşq keçməyimizə imkan vermədi. Bununla belə, təlim-məşq toplanışını yüksək səviyyədə keçirdiyimizdən, problem yaranmadı. Bu qələbə sonrakı oyunlara yaxşı motivasiya olmağımıza şərait yaradacaq. Qarşıdakı 2 oyunu öz meydanımızda keçirəcəyik. Həmin oyunlarda da yaxşı nəticə qazanacağımıza inanıram.

Rəqib hücumçuların boyunun hündür olması problem yaratmadı. Çünki bizim müdafiəçilər də onlardan geri qalmırdı. “İkinci mərtəbə”də onlardan daha yaxşı oynadıq.
Hesabın gec açılması müəyyən gərginlik yaratmışdı. 60-cı dəqiqədən sonra uşaqlarda həyəcan hiss olunurdu. Qələbə istəyi gərginlik yaratmışdı. Rəqibin 1-2 təhlükəli epizodu da oldu. Əslində, biz hesabı erkən aça bilərdik. Birinci hissədə daha çox şansımız oldu. Amma 81-ci dəqiqədə bunu bacardıq. Gec oldu, amma istədiyimiz oldu.

Qələbə ilə başladıq, bu templə də davam etməyi düşünürük. Qrupumuzda güclü rəqiblər yer alsa da, sona qədər mübarizə aparacağıq. Həm də bu oyundan öncə heyətimizdə zədəli futbolçular vardı. Lakin onların əvəzinə meydana çıxanlar bunu hiss etdirmədilər.”

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.