18 iyun 2015 16:45
Vüqar Nadirov: Əvvəlki klubuma qayıtdığım üçün şadam
"Xəzər Lənkəran"ın yeni transferi Vüqar Nadirov cənub klubuna keçidi ilə bağlı fikirlərini açıqlayıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Vaxtilə "Xəzər Lənkəran"da üç il oynamışam. Yenidən bu kluba qayıtdığıma şadam. Klubu, rəhbərliyi, azarkeşlərini yaxşı tanıyıram. Komanda yoldaşlarımın da çoxu tanışımdır. Kluba azarkeşləri yenidən stadiona qaytarmaq yolunda kömək etməyə çalışacağam".
