"Azərbaycan iki ciddi klub var - Qarabağ və Qəbələ"
Luqansk "Zarya"sının (Ukrayna) baş məşqçisi Yuri Vernidub komandanın müdafiəçisi, eyni zamanda oğlu olan Vitali Vernidubun "Qəbələ"yə keçidindən danışıb. Azerisport.az xəbər verir ki, o, klub saytına açıqlamasında bunları söyləyib:
"Vitalik mənim üçün hər şeydən öncə peşəkar futbolçu idi. Mən isə onun baş məşqçisi idim. "Qəbələ"dən gələn təklifə gəlincə, o, özü qərar verdi. Bu, onun öz seçimidir. Bir halda ki, belə bir qərar verdi, deməli, haqqı çatır. Vitalinin yeni komandası son mövsümü 3-cü yerdə başa vurub. Düzdür, Azərbaycan çempionatı Ukrayna birinciliyindən zəifdir. Amma orada mənim fikrimcə, iki ciddi komanda var. Bunlar "Qarabağ" və "Qəbələ"dir. Bundan əlavə "Qəbələ"ni Roman Qriqorçuk çalışdırır. Bun insanı ölkəmizin ən istedadlı məşqçilərindən biri hesab edirəm. Vitalik bu komandada oyun planında daha da inkişaf edəcək".
