18 iyun 2015 16:15
Vüqar Nadirov rəsmən Xəzər Lənkəranda!
"Xəzər Lənkəran" yeni futbolçu ilə güclənib. Azerisport.az xəbər verir ki, cənub klubu "Qarabağ"la yollarını ayıran Vüqar Nadirovu heyətinə qatıb.
Millimizin də şərəfini qoruyan futbolçu cənublularla ilyarımlıq müqaviləyə imza atıb.
