18 iyun 2015 14:45
Kəpəzdə bu gün veteranlarla, sabah azarkeşlərlə görüş baş tutacaq
Yeni dönəmə başlayan “Kəpəz” PFK-da bu gün – iyunun 18-də gəncəli futbol veteranları ilə klub rəhbərliyinin və Müşahidə Şurasının üzvlərinin görüşü keçiriləcək. Azerisport.az xəbər verir ki, klubun tarixi olan veteranlarla görüşdə “Kəpəz”in gələcək planları, stadionda görüləcək işlərlə bağlı məlumat veriləcək, qocaman futbolçuların fikri öyrəniləcək.
Görüş Gəncə şəhər stadionunda saat 17:00-da başlayacaq. Bütün veteranlar və mətbuat nümayəndələri görüşə dəvətlidir.
Qeyd edək ki, sabah – iyunun 19-da saat 17:00-da azarkeşlərlə də görüş keçiriləcək. Bu tədbirdə də iştirak etmək istəyənlər şəhər stadionuna təşrif buyura bilərlər.
