18 iyun 2015 14:15
Qarabağ Elvin Yunuszadə ilə gücləndi
Azərbaycan çempionu "Qarabağ" daha bir transferini reallaşdırıb. Azerisport.az xəbər verir ki, Ağdam klubu "Neftçi"nin sabiq müdafiəçisi Elvin Yunuszadəni heyətinə qatıb.
Futbolçu ilə iki illik müqavilə imzalanıb.
