18 iyun 2015 14:00
Neftçi Gürcüstana gedəcək
“Neftçi” PFK-nın əvəzedicilərdən ibarət komandası da növbəti mövsümün hazırlığına başlayıb. Azerisport.az xəbər verir ki, komanda bu gündən etibarən məşqçilər Tofiq Mustafayev və İqor Getmanın rəhbərliyi altında yeni mövsümə hazırlaşacaq.
Əvəzedicilərin hazırlıq prosesi iki mərhələdən ibarət olacaq. Məşqlər ilk olaraq, Bakıda keçiriləcək. Daha sonra isə əvəzedici komandanın Gürcüstanın Ureki şəhərində təlim məşq toplanışı nəzərdə tutulub.
