18 iyun 2015 12:45
Neftçinin bütün rəqibləri bəlli oldu
Azərbaycanı Avropa Liqasında təmsil edəcək "Neftçi" Avstriya toplanışı çərçivəsində qarşılaşacağı bütün rəqiblərini müəyyənləşdirib. Azerisport.az xəbər verir ki, "ağ-qaralar" iyunun 21-də Rumıniyanın "Botoşani" komandası ilə üz-üzə gələcək.
Bundan 3 gün sonra Albaniyanın "Kukesi" klubu ilə görüş baş tutacaq.
Samir Əliyevin komandası son sınaq matçında iyunun 27-də Ukrayna "Şaxtyor"u (Donetsk) ilə üz-üzə gələcək.
