18 iyun 2015 11:30
Dodo Qəbələ ilə birgə məşq etməyə başladı
2015/16 mövsümünün hazırlıqlarını Ərzurumda davam etdirən “Qəbələ” təlim-məşq toplanışının 8-ci gününü iki məşqlə başa vurub. Azerisport.az xəbər verir ki, “qırmızı-qaralar” hazırlıq zamanı əsasən toplu çalışmalara üstünlük verib.
Roman Qriqorçukun komandası məşq zamanı taktiki hazırlıq üzərində də çalışıb. Toplanışın əvvəlki hissəsində fərdi məşqlərlə kifayətlənən Dodo komandayla birlikdə hazırlıq keçib. Rikardinyo və Ruslan Əmircanov isə fərdi məşqlə kifayətləniblər.
Milli üzvləri Cavid Hüseynov, Arif Daşdəmirov, Məhəmməd Mirzəbəyov və Elvin Camalov komandaya təlim-məşq toplanışının ikinci hissəsində - Qəbələdə qoşulacaq.
